Yaradıcı Müqaviləsi

Şirinlik platformasında yaradıcı hesabı yaratmadan əvvəl bu müqaviləni diqqətlə oxuyun.

Son yenilənmə: 10 Mart 2026

Vacib Qeyd

Bu müqavilə Şirinlik platformasında yaradıcı olaraq fəaliyyət göstərmək üçün qəbul edilməsi məcburi olan şərtləri əhatə edir. Yaradıcı hesabı yaratmaqla bu müqaviləni tam oxuduğunuzu və bütün şərtləri qəbul etdiyinizi təsdiq edirsiniz.

1. Yaradıcı Statusu və Münasibət

  • Şirinlik platforması yaradıcılar və dəstəkçilər arasında vasitəçi rolunu oynayır. Şirinlik işəgötürən deyil.
  • Yaradıcı müstəqil şəkildə fəaliyyət göstərir və öz məzmununa görə tam məsuliyyət daşıyır.
  • Yaradıcı hesabı açan şəxs ən azı 18 yaşında olmalıdır.
  • Şirinlik lazım gəldikdə şəxsiyyət vəsiqəsi, VÖEN/tax məlumatları, kart və ya bank məlumatları və digər yoxlama sənədləri tələb edə bilər.
  • Şirinlik yaradıcının fəaliyyətindən irəli gələn hər hansı hüquqi və ya maliyyə nəticələrinə görə məsuliyyət daşımır.
  • Yaradıcı hesabı yaratmaqla bu müqaviləni tam oxuduğunuzu və qəbul etdiyinizi təsdiq edirsiniz.

2. Komissiya və Maliyyə Şərtləri

  • Bağışlardan: yaradıcının qazancından %10 platforma komissiyası tutulur. Əlavə olaraq, bağış edən şəxs %3 ödəniş sistemi komissiyası ödəyir.
  • Mağaza satışlarından: satış məbləğindən %10 platforma komissiyası tutulur. Əlavə olaraq, məhsulu alan istifadəçi %3 ödəniş sistemi komissiyası ödəyir.
  • Minimum çıxarış məbləği 20 AZN-dir. Çıxarış sorğuları 3-5 iş günü ərzində emal olunur.
  • Şirinlik komissiya faizini dəyişmək hüququnu özündə saxlayır. Dəyişikliklər ən azı 30 gün əvvəlcədən e-poçt vasitəsilə bildiriləcək.
  • Çıxarış üçün göstərilən kart məlumatlarının doğruluğuna yaradıcı məsuliyyət daşıyır.

3. Vergi, Sosial və Hesabat Öhdəlikləri

  • Platformadan əldə edilən bütün gəlirlər Azərbaycan Respublikasının vergi qanunvericiliyinə tabedir.
  • Yaradıcının statusundan asılı olaraq bütün vergi, sosial, hesabat və digər dövlət öhdəlikləri yaradıcının şəxsi məsuliyyətidir.
  • Sadələşdirilmiş vergi, gəlir vergisi, fərdi sahibkar, VÖEN, MMC və digər hüquqi-vergi rejimləri üzrə düzgün statusun seçilməsi və icrası yaradıcıya aiddir.
  • Şirinlik vergi, sosial ödəniş və ya mühasibat məsləhəti xidməti göstərmir. Bu mövzular üzrə səlahiyyətli mühasibə, vergi müşavirinə və ya aidiyyəti dövlət qurumlarına müraciət edilməlidir.
  • Gəlirlərin rəsmi qaydada bəyan edilməsi, hesabatların təqdim edilməsi və ödənişlərin vaxtında icrası yaradıcının məsuliyyətindədir.

4. Məzmun Qaydaları və Məsuliyyət

  • Yaradıcı platformaya yüklədyi bütün məzmuna (məhsullar, kurslar, videolar, açar kodları) görə tam hüquqi məsuliyyət daşıyır.
  • Aşağıdakı məzmunların satışı və paylaşılması qəti qadağandır:
  • • Piratlik edilmiş proqramlar, oyunlar, filmlər və ya müəllif hüquqları ilə qorunan materiallar
  • • Cinsi istismar, pornografik və ya qanunsuz cinsi məzmun
  • • Nifrət nitqi, irqçilik, diskriminasiya təşviq edən materiallar
  • • Fırıldaqçılıq alətləri, hack proqramları və ya qanunsuz fəaliyyəti dəstəkləyən vasitələr
  • • Saxta, aldadıcı və ya yanıltıcı məhsullar
  • Müəllif hüquqlarını pozan məzmun aşkarlanarsa, dərhal silinəcək və yaradıcının hesabı dayandırılacaq.
  • Şirinlik hər hansı qadağan edilmiş məzmunu əvvəlcədən xəbərdarlıq etmədən silmək hüququna malikdir.

5. Platformadan Kənar Yönləndirmə Qadağası

  • Yaradıcı müştərini WhatsApp, Instagram, Telegram, telefon nömrəsi, email, başqa sosial şəbəkə və ya ödəniş kanalına yönləndirə bilməz.
  • Satış, ödəniş, çatdırılma, dəstək və şikayət yazışmaları Şirinlik daxilində aparılmalıdır.
  • Məhsul təsviri, profil bio-su, mesajlar və açar təlimatlarında platformadan kənar əlaqə və ya ödəniş məlumatı paylaşmaq qadağandır.
  • Bu qaydanın pozulması xəbərdarlıq, məhsulun silinməsi, balansın araşdırma üçün dondurulması və ya daimi ban ilə nəticələnə bilər.

6. Hesab Dayandırma və Balans

  • Bu müqavilənin qaydaları pozulduqda yaradıcı hesabı müvəqqəti və ya daimi olaraq dayandırıla bilər.
  • Dayandırılan hesabdakı qanuni yolla toplanmış balans 90 gün ərzində çıxarıla bilər.
  • Fırıldaqçılıq, saxta əməliyyatlar və ya qanunsuz fəaliyyət hallarında balans dondurulur və geri qaytarılmır.
  • Yaradıcı hesabını könüllü olaraq silmək istədikdə, əvvəlcə mövcud balansını çıxarmalıdır.
  • Hesab silindikdən sonra profil məlumatları 30 gün ərzində tam silinir.

7. Şikayət və Geri İadə Siyasəti

  • Alıcı satın aldığı məhsulla bağlı şikayət yarada bilər. Şikayət səbəbləri: məhsul işləmir, yanlış məhsul, çatdırılmadı, keyfiyyət problemi.
  • Şikayət yaradıldıqda satıcı bildiriş alır və 48 saat ərzində cavab verməlidir.
  • Şikayət prosesində alıcı, satıcı və admin arasında mesajlaşma aparılır. Hər iki tərəf şəkil əlavə edə bilər.
  • Admin tərəfindən aşağıdakı qərarlar verilə bilər:
  • • Geri ödəmə — alıcıya ödənilən məbləğ geri qaytarılır, yaradıcının balansından tutulur
  • • Rədd — şikayət əsassız sayılır, heç bir geri ödəmə edilmir
  • • Bağlama — şikayət bağlanır, heç bir əməliyyat aparılmır
  • Admin qərarı sondur və dəyişdirilə bilməz.
  • Saxta və ya əsassız şikayətlər təkrarlanan alıcıların hesabı dayandırıla bilər.
  • Bağışlar geri iadə olunmur — yalnız mağaza məhsulları üçün şikayət yaradıla bilər.

8. Bağış/Dəstək Ödənişi Şərtləri

  • "Bağış" termini platformada könüllü dəstək ödənişi mənasında istifadə olunur. Bu, qanuni mənada ianə və ya grant deyil.
  • Bağışlar geri iadə olunmur. Bağış könüllü olaraq, heç bir qarşılıq gözləmədən edilir.
  • Yaradıcı bağışın qarşılığında heç bir xidmət, mal və ya xüsusi rəftar göstərməyi öhdəsinə almır.
  • Bağış mesajlarında söyüş, təhqir və ya qanunsuz məzmun olan mesajlar avtomatik filtrləndikdən sonra göstərilir.

9. Məlumatların İstifadəsi

  • Yaradıcının profil məlumatları (ad, avatar, bio) ictimaiyyətə açıqdır. Sosial media linkləri müraciət yoxlaması üçün istifadə olunur və müştəri yönləndirməsi üçün göstərilmir.
  • Müraciət zamanı IP ünvanı və tarixçə platformada saxlanılır.
  • Bütün məlumatlar SSL/TLS şifrələmə ilə qorunur.
  • Məlumatlarınızın ixracı və silinməsini istənilən vaxt tələb edə bilərsiniz.

10. Müqaviləyə Dəyişikliklər

  • Şirinlik bu müqaviləni istənilən vaxt yeniləmək hüququnu özündə saxlayır.
  • Əhəmiyyətli dəyişikliklər ən azı 30 gün əvvəl e-poçt vasitəsilə bildiriləcək.
  • Dəyişikliklərdən sonra platformadan istifadə etməyə davam etmək dəyişiklikləri qəbul etmək mənasına gəlir.
  • Bu müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir.

Sualınız var?

Yaradıcı müqaviləsi ilə bağlı suallarınız üçün bizimlə əlaqə saxlayın